Modern.az

Magistr imtahanlarında ən yüksək bal toplayan “3-lük”

Magistr imtahanlarında ən yüksək bal toplayan “3-lük”

14 Fevral 2024, 17:24

Dövlət İmtahan Mərkəzi (DİM) dünən ali təhsil müəssisələrinin magistraturalarına 11 fevral 2024-cü il tarixində keçirilmiş qəbul imtahanının qapalı və kodlaşdırıla bilən açıq tipli tapşırıqlar (95 tapşırıq) üzrə nəticələrini elan edib.

Modern.az xəbər verir ki, imtahanların nəticələrinə görə, ən yüksək bal toplayan üç tələbənin adı məlum olub.

Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin (ADNSU) tələbəsi respublika 1-cisi olub
ADNSU-nun İnformasiya texnologiyaları ixtisasının 4-cü kurs tələbəsi Gültən Məhərrəmli magistraturaya qəbul imtahanlarında 93 bal toplayıb (essesiz).

Magistraturaya qəbul imtahanlarında ölkə 2-cisi Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) tələbəsi Sübhan Əlizadə 92 balla (essesiz) ölkə 2-ci olub. Sübhan 4 il öncə 652 balla UNEC-in Beynəlxalq İqtisadiyyat Məktəbinin maliyyə ixtisasına qəbul olunmuşdu. Hazırda IV kurs tələbəsidir. O diplom almadan "PwC Azerbaijan" şirkətində kiçik audit mütəxəssisi vəzifəsində çalışır. Ötən il 3000 AZN dəyərində olan "Heydər Əliyev adına təqaüd"ə laqyiq görülüb.

Bakı Ali Neft Məktəbinin Proseslərin avtomatlaşdırılması mühəndisliyi ixtisasının V kurs tələbəsi Əbülfəz Cəfərov magistraturaya qəbul imtahanlarında ölkə 3-cüsü olub.
Əbülfəz Cəfərov 91,5 bal (essesiz) toplayıb.
Əbülfəz Cəfərov 2019-cu ildə Bakı Ali Neft Məktəbinə 670.7 balla qəbul olunub. bp-nin 2023-cü il 2 aylıq yay təqaüd proqramına öz ixtisası üzrə seçilib və məzun olmadan 5-ci kursun əvvəlində (sentyabrda) iş təklifi alıb.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi