Modern.az

Şagirdlə kobud davranan müəllimə töhmət verildi

Şagirdlə kobud davranan müəllimə töhmət verildi

14 Fevral 2024, 17:22

Bakıda ibtidai sinif şagirdi ilə kobud davranan müəllimə töhmət verilib.

 

Modern.az-ın məlumatına görə, xəbəri jurnalist Günel Musa ictimailəşdirib.

"249 nömrəli məktəbin 3-cü sinfində təhsil alan qızımı müəllim tərəfindən mütəmadi fiziki və psixoloji şiddətə  məruz qaldığı üçün dərslərdən uzaqlasdırmaq məcburiyyətində qalmışam. 8 yaşlı uşağa 23 nəfərin içərisində "sənin qız boyunu yerə soxum", "filankəsin barmaği gözünə girsin" kimi sözlər deyirdi. Dəmir xətkeşlə vurub əlini yaralayıb. Usağimin psixologiyası pozulub. Hazırda məktəbə getmir. Bir aydır mənim uşağım təhsildən yayınıb. Amma o müəllim işinə davam edir. Sistem də açıq olmadığına görə uşağı basqa məktəbə yerləşdirə bilmirəm. Bir valideyn olaraq mən nə etməliyəm? Aidiyyatı qurumdan övladımın təhsilini bərpa etməsini tələb edirəm", - G.Musa bildirib.

249 nömrəli məktəb məsələ ilə açıqlama verib.

Bildirlib ki, məktəbin ibtidai sinif müəlliminin 3-cü sinif şagirdinə psixoloji təzyiq göstərməsi ilə bağlı valideyn tərəfindən sosial şəbəkədə yayılan məlumatla əlaqədar (24-25.01.2024-cü il) araşdırma aparılıb:

 

"Araşdırma zamanı müəllimin şagirdə psixoloji təzyiq göstərmədiyi, dərsə məsuliyyətsiz yanaşdığı üçün tənbeh etdiyi məlum olub. Məktəb rəhbərliyi tərəfindən uşağa fərdi yanaşmadığına, yaş xüsusiyyətini nəzərə almadığına, pedaqoji və psixoloji amillərə həssaslıq göstərmədiyinə, “Müəllimlərin etik davranış qaydaları”na riayət etmədiyinə görə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 186-cı maddəsinin 2-ci hissəsinin “a” bəndinə əsasən, müəllimə töhmət verilib. Belə hallara təkrar yol verildiyi təqdirdə daha ciddi tədbirlər görüləcəyi bildirilib", - məktəbdən bildirlib.
 

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi