Modern.az

Azərbaycanda 32 min müəllimin maaşı ARTIRILIB

Azərbaycanda 32 min müəllimin maaşı ARTIRILIB

15 Fevral 2024, 11:24

Ümumi təhsil müəssisələrinin direktorlarının aylıq əməkhaqqına şagird sayından asılı olaraq əlavələr tətbiq edilir.

 

Modern.az xəbər verir ki, bu barədə Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyindən bildirilib.

 

Qeyd olunub ki, əməkhaqqına əlavələrin tətbiq edildiyi direktorların rəhbərlik etdiyi müəssisələrdəki şagird sayı ölkədəki bütün şagirdlərin 64% -ni təşkil edir.

 

"Bundan başqa, təhsilverənlərin sertifikatlaşdırılması nəticələrinə müvafiq olaraq keçən il 23 mindən çox, 2022-ci ildəkilərə görə isə 9 minə yaxın müəllimin əməkhaqlarına əlavələr tətbiq olunub", - açıqlamada deyilir.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi