Modern.az

Respublika Fənn Olimpiadalarının yarımfinalı keçirilib

Respublika Fənn Olimpiadalarının yarımfinalı keçirilib

19 Fevral 2024, 11:38

17, 18 fevral tarixlərində Respublika Fənn Olimpiadalarının informatika fənni üzrə yarımfinal turu keçirilib.

Təhsil İnstitutundan Modern.az-a verilən məlumata görə, ümumilikdə 1290 nəfər şagird olimpiadada iştirak edib.

İnformatika fənni üzrə yarımfinal turu Bakı şəhərində ADA Universiteti, Bakı Ali Neft Məktəbi (Bayıl korpusu), Bakı Mühəndislik Universiteti, İqtisad Universiteti, Azərbaycan-Fransız Universiteti, Azərbaycan Texniki Universitet, Bakı Dövlət Universiteti, Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin kompüter laboratoriyalarında və Naxçıvan Muxtar Respublikasında Naxçıvan STEAM mərkəzində keçirilib.

Respublika Fənn Olimpiadalarının informatika fənni üzrə yarımfinal turu VIII-IX siniflər üçün 17 fevral tarixində, X-XI siniflər üçün 18 fevral tarixində təşkil olunub.

Digər fənlər üzrə yarımfinal isə 24 fevral tarixində keçiriləcək.

Respublika Fənn Olimpiadalarının “Kapital Bank”ın baş sponsorluğu ilə təşkil olunur.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi