Modern.az

Məktəblimiz beynəlxalq müsabiqədə qızıl medal qazandı

Məktəblimiz beynəlxalq müsabiqədə qızıl medal qazandı

19 Fevral 2024, 14:08

Rumıniyada onlayn formatda 13 ölkədən 135 şagirdin iştirak etdiyi VIII “InfO(1)Cup” proqramlaşdırma oimpiadasında məktəblilərimiz uğurla çıxış edərək 1 qızıl və 1 bürünc medal qazanıblar.

 

Elm və Təhsil Nazirliyindən Modern.az-a bildirilib ki, akademik Zərifə Əliyeva adına liseyin 10-cu sinif şagirdi Ayxan Dəmirli qızıl, Bakı şəhəri Fizika, riyaziyyat və informatika təmayüllü liseyin 10-cu sinif şagirdi Raul Cəfərli isə bürünc medala layiq görülüb.

 

İlk dəfədir ki, məktəblilərimiz sözügedən yarışda qızıl medal qazanır.

 

Qeyd edək ki, bu günədək məktəblilərimiz həmin müsabiqədən 3 gümüş və 3 bürünc medal qazanıblar.

 

İnformatika fənni üzrə beynəlxalq olimpiadalara milli komandaların hazırlıq prosesi 2017-ci ildən etibarən Təhsil İnstitutu və “Azercell Telekom” MMC arasında imzalanmış əməkdaşlıq müqaviləsi əsasında həyata keçirilir.

 

Sözügedən müddətdə məktəblilərimiz müxtəlif beynəlxalq olimpiada və müsabiqələrdə uğurla çıxış edərək 4 qızıl, 16 gümüş və 39 bürünc olmaqla ümumilikdə 59 medal əldə ediblər.

Sizə yeni x var
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi