Modern.az

Ötən il neçə nəfərin diplomu tanınmayıb...

Ötən il neçə nəfərin diplomu tanınmayıb...

20 Fevral 2024, 11:18

Keçən il xaricdə təhsil almış şəxslərin diplomlarının tanınması üzrə ümumilikdə 7 021 müraciətin ekspertizası keçirilib ki, onlardan 5 868-nə müsbət, 1 153-nə isə mənfi rəy verilib.

 

Modern.az xəbər verir ki, bunu Təhsildə Keyfiyyət Təminatı Agentliyinin İdarə Heyətinin sədri Tural Əhmədov bildirib.

 

Onun sözlərinə görə, həmin müddətdə 8 yeni peşə ixtisası üzrə qiymətləndirilmə və tanınma həyata keçirilib:

 

"Ümumilikdə, qiymətləndirilmə və tanınma nəticəsində 10 peşə ixtisası üzrə 171 vətəndaşa 330 ədəd peşə ixtisasını təsdiq edən sənəd təqdim edilib".

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi