Modern.az

Türkiyə-Azərbaycan Universitətinə qəbul imtahanı DİM tərəfindən keçiriləcək

Türkiyə-Azərbaycan Universitətinə qəbul imtahanı DİM tərəfindən keçiriləcək

Təhsil

21 Fevral 2024, 15:40

Türkiyədə oxumaq istəyən tələbələrin bir hissəsi rahatlıqla Türkiyə-Azərbaycan Universitetini seçə biləcək.

 

Modern.az xəbər verir ki, bunu elm və təhsil nazirinin müşaviri Nicat Məmmədli media nümayəndələrinə açıqlamasında deyib.


Onun sözlərinə görə, Universitetə qəbul üçün imtahan Dövlət İmtahan Mərkəzi tərəfindən keçiriləcək:

 

“Universitetdə magistratura pilləsinin olub-olmaması ilə bağlı yaxın günlərdə məlumat veriləcək. Bu universitetin təkcə Azərbaycan üçün deyil, həm də regionun önəmli təhsil müəssisəsinə çevrilməsini istəyirik”.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Deputatlar Rusiyaya getməyəcək - Zelenskinin bunkeri vuruldu