Modern.az

Daha bir məktəb yenilənib - VİDEO

Daha bir məktəb yenilənib - VİDEO

21 Fevral 2024, 15:00

Hər il Elm və Təhsil Nazirliyinin tədbirlər planına əsasən qəzalı vəziyyətdə olan məktəb binaları yenilənir, təmirə ehtiyacı olan təhsil müəssisələri əsaslı və cari təmir işləri həyata keçirilir.

 

Elm və təhsil Nazirliyindən Modern.az-a bildirilib ki, yenilənən məktəblərimizdən biri də 2022-ci ildə istifadəyə verilmiş Saray qəsəbə 2 nömrəli tam orta məktəbidir.

 

Məktəb 1963-cü ildə 550 şagird yerlik olmaqla fəaliyyətə başlayıb. Ərazidə əhalinin sayının artması məktəbdə şagird sayının da artmasına səbəb olub. Bu da, təbii ki, təhsilin keyfiyyətinə təsirsiz ötüşməyib və müəssisə üçün yeni binanın inşası üçün zərurət yaranıb. Elə bu məqsədlə 2020-ci ildə yeni binanın inşasına başlanılıb və 2022-ci ildə şagirdlərin istifadəsinə verilib. Ən müasir standartlara cavab verən təhsil müəssisəsinin sahəsi 24 min kv. metrdir.

 

Məktəb 6 korpusdan ibarətdir. Burada 70 sinif otağı, 6 laboratoriya, 2 texnologiya, hərbi hazırlıq, musiqi fənn kabineti, geniş kitabxana, 2 idman zalı, 1 akt zalı var. Eyni zamanda təhsil müəssisəsində 9 STEAM, 6 rəqəmsal və 6 informatika otağı fəaliyyət göstərir.

 

Qeyd edək ki, layihələndirilməsi aparılan 32 təhsil müəssisəsinin bu il təmir-tikintisinə başlanılması nəzərdə tutulub.

 

 

Whatsapp
Bizə yazın!
Keçid et
BAKI TƏSDİQLƏDİ - Sülhməramlılar Qarabağdan belə çıxarıldı