Modern.az

6 tələbə dəm qazından zəhərləndi - Universitetdən daha bir AÇIQLAMA

6 tələbə dəm qazından zəhərləndi - Universitetdən daha bir AÇIQLAMA

22 Fevral 2024, 12:32

Xəbər verdiyimiz kimi, Şəkidə 6 nəfər dəm qazından zəhərlənib. Dəm qazından zəhərlənən şəxslər Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) Şəki filialının tələbələridir.

 

Modern.az-ın məlumatına görə, hadisə fevralın 21-dən 22-ə keçən gecə Şəki şəhərində baş verib.

 

Könül Qəhrəmənova küçəsindəki fərdi yaşayış evlərindən birində kirayəçi kimi yaşayan 2006-cı il təvəllüdlü Rəvan Hətəmxan oğlu Xavəvi, 2005-ci il təvəllüdlü Kamil Qabil oğlu Məmmədli, 2005-ci il təvəllüdlü Ülvi Mirverdi oğlu Bəbirbəyli, 2003-cü il təvəllüdlü Musallif Qılman oğlu Bəşirov, 2006-cı il təvəllüdlü Emil Nuşiravan oğlu Məmmədov və 2002-ci il təvəllüdlü İmran Azadoviç Adimov dəm qazından zəhərlənmə əlamətləri ilə Təcili Tibbi Yardım briqadasının köməkliyi ilə Şəki Rayon Mərkəzi Xəstəxanasına (RMX) aparılıblar.

 

Dəm qazından zəhərlənən şəxslərə xəstəxanada lazımi tibbi yardım göstərilib, vəziyyətləri qənaətbəxş olduğu üçün gecə saat 02:30-da evə buraxılıblar.

 

Azərbaycan Dövlət Pedaqoji Universitetinin Şəki filialından Modern.az-a verilən məlumata görə, dəm qazından zəhərlənən tələbələrin  üç nəfəri artıq dərsdədir:

 

“Digərləri günortadan sonra dərsdə olacaqlar. Tələbələr burada kirayədə qalırlar. İndi vəziyyətləri yaxşıdır, səhhətləri normallaşıb. Ambulator müalicə olaraq evə buraxılıblar. Xəstəxanada heç bir tələbə yoxdur. Bizim əməkdaşlar yaşadıqları yerə gedib, görüblər. Tələbələrin heç  bir problemləri yoxdur. Riyaziyyat-informatika, Riyaziyyat müəllimliyi fakültələrinin tələbələridirlər. 3 nəfər birinci kurs, 2 nəfər ikinci, bir nəfər beşinci kursdur”.

Sizə yeni x var
Keçid et
Paşinyandan gözlənilməz addım - Azərbaycanı təbrik etdi