Modern.az

Türkiyə-Azərbaycan Universiteti: Bakının ən məşhur tarixi binalarından biri ayrılacaq

Türkiyə-Azərbaycan Universiteti: Bakının ən məşhur tarixi binalarından biri ayrılacaq

Təhsil

23 Fevral 2024, 11:10

Fevralın 19-da “Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyi ilə Türkiyə Respublikasının Ali Təhsil Şurası arasında Türkiyə-Azərbaycan Universitetinin yaradılmasına dair Anlaşma Memorandumu” imzalanıb. Sənədi Azərbaycanın elm və təhsil naziri Emin Əmrullayev və Türkiyənin Ali Təhsil Şurasının (YÖK) sədri Erol Özvar imzalayıblar. 

 

Prezident İlham Əliyev həmkarı Rəcəb Tayyib Ərdoğanla birgə mətbuat konfransında bildirib ki, Türkiyə-Azərbaycan Universitetinin yaradılması, sadəcə olaraq, təhsil məsələsi deyil. "Bu, bizim birliyimizin növbəti rəmzidir. Əminəm ki, yaxın gələcəkdə bu universitet nəinki Azərbaycanda, bölgədə ən aparıcı ali məktəblərdən birinə çevriləcəkdir", - dövlət başçısı vurğulayıb.

 

Modern.az-ın məlumatına görə, Erol Özvar Türkiyənin “Milliyet” qəzetinə müsahibəsində bir sıra detalları açıqlayıb.

 

Özvar Türkiyə-Azərbaycan Universitetinin yaradılmasının dünya ali təhsilində mühüm mərhələlərdən biri olduğunu bildirib. O qeyd edib ki, hər iki ölkənin lideri bu məsələdə hər cür dəstəyi vermək əzmindədirlər.

 

O, yeni yaradılan universitetin Türkiyə-Yaponiya, Türkiyə-Almaniya, Qalatasaray, Əhməd Yəsəvi və Manas universitetləri kimi oxşar beynəlxalq layihələrdən fərqli olduğunu xüsusi ilə vurğulayıb: “Layihəyə maraq o qədər güclüdür ki, bura hansı universitetləri daxil edəcəyimizi seçməkdə çətinlik çəkəcəyik. Bu cür modelləri həmişə başqalarından görürüb, təqlid edirdik, indi özümüzün belə modelləri mövcuddur".

 

Özvar qeyd edib ki, Türkiyə-Azərbaycan Universitetinin kampusu üçün Bakının ən məşhur tarixi binalarından biri ayrılıb.

Whatsapp
Bizə yazın!
Keçid et
SON DƏQİQƏ-Paşinyan Türkiyə ilə sərhədə getdi