Modern.az

Faciəli şəkildə ölən müəllimlərin FOTOSU

Faciəli şəkildə ölən müəllimlərin FOTOSU

Təhsil

23 Fevral 2024, 17:16

Xəbər verildiyi kimi, fevralın 22-də axşam saatlarında İsmayıllıda ağır yol qəzası baş verib.

 

Modern.az xəbər verir ki, qəzada həlak olan 34 yaşlı Nigar Bayramova Zaqatala şəhər Ş.Qurbanov adına 3 nömrəli tam orta məktəbin tarix müəllimi olub. İsmayıllının Xanəgah kəndi ərazisində minik avtomobilinin yük avtomobilinə toqquşması nəticəsində xəsarət alan N.Bayramova dünyasını dəyişib.

 

Bundan başqa, fevralın 17-də Qazax rayonunun Qarapapaq kəndində avtomobilin vurduğu həmin kənddəki orta məktəbin ingilis dili müəllimi 1975-ci il təvəllüdlü Elmira Şıxlinski də xəstəxanada vəfat edib. Onunla birgə qəzada xəsarət alan şagird, 2007-ci il təvəllüdlü Rəqsanə Məmmədovanın müalicəsi davam etdirilir.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
SON DƏQİQƏ-Paşinyan Türkiyə ilə sərhədə getdi