Modern.az

Azad edilmiş ərazilərdəki təhsil müəssisələrinin uçotu aparılır - Nazir

Azad edilmiş ərazilərdəki təhsil müəssisələrinin uçotu aparılır - Nazir

26 Fevral 2024, 13:58

İşğaldan azad edilmiş bütün ərazilərdə təhsil müəssisələrin uçotu aparılır. Müxtəlif vəziyyətdə olan məktəb binaları var. Onların hər biri Azərbaycanın təhsil sisteminə uyğunlaşdırılır və bundan sonra istifadəyə verilir.

 

Modern.az xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında elm və təhsil naziri Emin Əmrullayev deyib.

 

Vaxtilə Xankəndi şəhərində azərbaycandilli məktəblərin də fəaliyyət göstərdiyini deyən nazir əhali oraya köçürüldükdən sonra həmin məktəblərdə tədrisin bərpa olunacağını da diqqətə çatdırıb.

Whatsapp
Bizə yazın!
Keçid et
Görün İran necə çaşdı- Bakının cavabı nə olacaq?