Modern.az

Müəllimlərin sertifikasiyasının 5 ildən bir keçirilməsi doğru deyil - 3 ilə endirilməlidir

Müəllimlərin sertifikasiyasının 5 ildən bir keçirilməsi doğru deyil - 3 ilə endirilməlidir

Təhsil

28 Fevral 2024, 14:20

“Sertifikasiya imtahan sualları çətin olduğunu düşünmürəm. Sertifikasiyanın keçirilmə qaydaları Nazirlər Kabinetinin 30 aprel 2022-ci il qərarı ilə təsdiq olundu. Ancaq sonrakı məhrələdə sertifikasiya qaydalarına dəyişiklik edildi”.

 

Bu sözləri Modern.az-a açıqlamasında təhsil eksperti Elşən Qafarov deyib.

 

O bildirib ki, sertifikasiya qaydalarının ilk variantında göstərilmişdi ki, 20 sual həmin fəninin metodikasından, 40 sual ixtisasdan olmalı idi:

 

“Ancaq dəyişiklik ondan ibarət oldu ki, ixtisasdan olan sualların sayı 50-yə qaldırıldı, metodikadan olan sualların sayı isə 10-a endirildi. Məsələ buradadır ki, hər bir müəllimin sertifikasiya imtahanında iştirakının mahiyyəti bundan ibarətdir ki, onun peşəkarlıq səviyyəsi, ixtisasına yaralılığı yoxlanılır. Müəllimin müəllimliyi məhz onun pedaqoji, psixoloji, metodiki biliklərindən ibarətdir. Fikrimcə, ilk növbədə daha çox suallar metodikadan olmalı idi. Düşünürəm ki, növbəti sertifikasiyada bu nəzərə alınacaq. O ki, qaldı sualların çətin olmasına suallar heç də çətin deyildi. 

 

Birinci sertifikasiya olduğu üçün suallar çox asan qoyulmuşdu. Müəllimlərin işə qəbulu müsabiqəsində olan suallardan qat-qat asan suallar idi. Müəllimin hazırda işlədiyi dövrə aid olan, onun peşəkarlığını yoxlayan suallar idi. Sertifikasiyanın nəticələri də onu göstərir ki, suallar kifayət qədər asan qoyulub”. 

 

Elşən Qafarov sertifikasiyanın 5 ildən bir keçirilməsini doğru saymadığını vurğulayıb:

 

“Ən azı 3 ildən bir keçirilməsi daha məqsədəuyğundur. 2024-ci ildə xarici dil müəllimlərinin sertifikasiyası gözlənilir. 

 

Çox arzu olunandır ki, xarici dil müəllimlərinin imtahanı tədris etdiyi fənndən olsun. Bizim 30 minə yaxın xarici dil müəllimiz var. Ancaq təəssüflər olsun ki, heç 10 faizi tədris etdikləri xarici dildə danışa bilmirlər. Təhsil haqqında qanunun 13 və 19-cü maddəsində göstərilir ki, hər bir şagird 11-ci sinifi bitirdikdə ən azı bir xarici dildə ünsiyyət saxlamağı bacarmalıdr. Əgər bizim xarici dil müəllimlərimiz ünsiyyət saxlamğaı bacarmırlasa, şagirdlərə bunu necə öyrədəkəclər?

 

Ona görə təklifimiz bundan ibarətdir ki, xarici dil müəllimlərinin müsabiqə mərhələsi həmin müəllimin tədris etdiyi xarici dildə aparılsın. Müəllimin yüksək bacarıqları yoxlanılsın”.

 

Təhsil eksperti sertifikasiya imtahanı üçün müəllimlərin hazırlıqlara getməsinə də münasibət bildirib:

 

“Əslində köklü yanaşanda absurd görünür. Çünki müəllim illərlə bu sahədə çalışır, onun peşəkarlığını yoxlamaq istəyirlər. O da bunun üçün hazırlığa gedir ki, imtahandan keçə bilsin. Ancaq düşünürəm ki, bunun yaxşı tərəfi də var. Yaxşı tərəfi ondan ibarətdir müəllimlər bu hazırlığa getdikləri zaman bilik və bacarıqları daha da təkminləşəcək.  Nəticə etibarı ilə qazanan təhsilimiz olacaq. 

 

Hazırlığa getdikdən sorna əlavə biliklər, bacarıqlar qazanacaqlarsa, bilik bacarıqlarını təkminləşdircəklərsə, nəticədə məktədə döndükdən sonra bunu tətbiq etməyə başlayacaqlar. 

 

Bu il təqribən 50 min müəllimin sertifikasiyada iştirak etməlidir.  Hesab edirəm ki, İbtidai sinif müəllimləri, Azərbaycan dili və Ədəbiyyat müəllimlər kimi Fikiza, Riyaziyyat, Xarici dil müəllimlərinin suallar çox asan olmamalıdır”.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
TƏCİLİ! Bayrağımız Qazaxın kəndlərində qaldırıldı