Modern.az

MİQ imtahanları çətinləşdirilir? - Nazirdən CAVAB

MİQ imtahanları çətinləşdirilir? - Nazirdən CAVAB

Təhsil

1 Mart 2024, 17:48

Müəllimlərin işə qəbulu üzrə müsabiqədə (MİQ) iştirak edən namizədlər sualların ildən-ilə çətinləşdirilməsindən şikayətlənirlər.

Modern.az MİQ imtahanlarında iştirak edən namizdələrin iddialarına elm və təhsil naziri Emin Əmrullayevdan münasibət bildirməsini istəyib.

Nazir bildirib ki, MİQ imtahanları ildən-ilə çətinləşdirilmir:

“Təbii ki, iki il eyni imtahanı təşkil etmək çətindir. Amma bunlar bir-birinə çox yaxın məqamlardır. İllər üzrə böyük fərqlərin olduğunu deməzdim. Biz imtahanların məzmununu addım-addım dəyişməyə doğru gedirik. Mənə görə misal üçün “2-ci Həmədan döyüşündən neçə il sonra şah İsmayıl taxta çıxdı” sualı tarix sualı deyil. Ən yaxşı halda illəri yadda saxlamısansa, bu, 4 rəqəmli ədəddən üçrəqəmli ədədi çıxmaq bacarığıdır. Suallar və metodologiya dəyişir. O insanlara yeni olduğu üçün çətin gələ bilər. Biz son illər hamıya bir variant verirərək, variantlararsı çətinlik məsələsini də aradan qaldırmışıq”.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiyadakı miqrantlara xəbərdarlıq - Qadağan olunur!