Modern.az

15 günə Elm və Təhsil Nazirliyinə 21 min müraciət daxil olub

15 günə Elm və Təhsil Nazirliyinə 21 min müraciət daxil olub

Təhsil

4 Mart 2024, 14:26

Fevralın 16-dan 29-dək Elm və Təhsil Nazirliyi və qurumlarına 20 497 vətəndaş müraciəti daxil olub.

 

Nazirlikdən Modern.az-a bildirilib ki, müraciətlərin 14 230-u çağrı mərkəzləri, 686-sı sosial media, 2 284-ü vatsap xidməti vasitəsilə, 1084-ü elektron, 1027-si yazılı formada yönləndirilib. Vətəndaş qəbulu zamanı isə 1186 müraciət qeydə alınıb.

 

Müraciətlər şagirdlərin yerdəyişməsi, təhsil haqqı və güzəştlər, məktəbəqədər təhsil müəssisələrinə qəbul, təhsil tələbə krediti və digər məsələlərlə bağlı olub.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi