Modern.az

Şagirdlərin səviyyəsi riyaziyyatdan zəifdir - Məleykə Abbaszadə

Şagirdlərin səviyyəsi riyaziyyatdan zəifdir - Məleykə Abbaszadə

Təhsil

5 Mart 2024, 11:42

CEFR-in 6 səviyyəsi var və Azırbaycanda xarici dilin qiymətləndirilməsi 9 illik yekun attetsasiyada dinləyib anlama, oxuyub anlama, qrammatika, leksika və yazı işləru yoxlanılır və bu səviyyə ən aşağı səviyyədə A2 səviyyəsindədir.

 

Modern.az xəbər verir ki, bunu DİM sədri Məleykə Abbaszadə bildirib.

 

"11 sinifi bitirənlərin bilik səviyyəsi B1 səviyyəsinə uyğundur. Əvvəllər heç məktəblərdə xarici dil tədris olunmurdu. 6 il ərzində çox böyük uğurlar əldə etmişik. 2023-cü ilin statistikası kifayət qədər yüksək idi. Mən istəyərəm necə ki ingilis dilində şagirdlərin səviyyəsi artıb eləcə də riyazziyat artsın, amma təəssüf ki, riyaziyyat zəifdir. Xafici dil üzrə biliklər isə yüksəkdir. Növbəti mərhələdə magistratura pilləsində danışıb anlama bacarıqlarını yoxlayacğıq",-o deyib.

Sizə yeni x var
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi