Respublika fənn olimpiadaları ümumi təhsil müəssisələrinin 8-11-ci sinifləri arasında ayrı-ayrı fənlər üzrə xüsusi istedada malik şagirdlərin aşkarlanması, onların bilik və bacarıqlarının qiymətləndirilməsi, məktəblilərin həmin fənlərə olan maraqlarının artırılması məqsədilə hər il keçirilən, ölkənin bütün şəhər və rayonlarını əhatə edən elm yarışıdır.
Respublika fənn olimpiadalarının təşkil edilməsində əsas məqsəd istedadlı şagirdlərin aşkar edilməsi, onlarda fənlərin dərindən öyrənilməsinə marağın artırılması, bilik və bacarığı, eləcə də çalışqanlığı ilə seçilən şagirdlərin qiymətləndirilməsidir.
Ağcabədi şəhər Şirin Hüseynov adına 2 nömrəli tam orta məktəbin şagirdi Rəşad Əbilzadə də olimpiadanın final məlhələsinə vəsiqə qazanan şagirdlərdən biridir. O, 2008 ci ildə Ağcabədi şəhərində ziyalı ailəsində anadan olub. 2014-cü ildə Ağcabədi şəhər Şirin Hüseyinov adına 2 nömrəli tam orta məktəbin 1-ci sinifinə daxil olub və sinif müəllimi Vəfa Səfərovadan dərs alıb. Hal-hazırda o məktəbin 10 a sinifində təhsil alır: "Sinif rəhbərim həm də riyaziyyat və informatika müəllimim Rəna Səlimovadır. Coğrafiya müəllimim isə Cahan Əhmədovadır. Mən Respublika Fənn Olimpiadasının (RFO) müsabiqəsinə qatıldım. Olimpiadanın coğrafiya fənni üzrə rayon turunda 76 bal toplayaraq yarımfinal mərhələsinə keçdim. 24.02.2024 tarixində RFO-nın yarımfinal mərhələsində iştirak etdim və 78.25 balla final mərhələsinə vəsiqə qazandım. İstəyim qalib iştirakçılardan olmaqdır". Rəşad Əbilzadənin ən böyük arzusu iqtisadçı olmaqdır.