Modern.az

Əhalinin ən çox müraciət etdiyi e-xidmət pensiya ilə bağlı olub

Əhalinin ən çox müraciət etdiyi e-xidmət pensiya ilə bağlı olub

17 Oktyabr 2013, 11:56

Cari ilin 9 ayında Dövlət Sosial Müdafiə Fondu (DSMF) tərəfindən əhaliyə təqdim olunan elektron xidmətlər əhalinin ən çox müraciət etdiyi xidmətlər sırasında yer alıb. “Elektron hökumət” portalının (www.e-gov.az) statistikasına əsasən, bu ilin 9 ayında əhalinin daha çox yararlandığlı elektron xidmətlər sırasına “Pensiya kapitalı barədə məlumat”, “Məcburi dövlət sosial sığortasına cəlb olunan gəlirlər və ödənilmiş məcburi dövlət sosial sığorta haqqı barədə məlumatın əldə edilməsi”, “Pensiyaçı tərəfindən məlumatların əldə edilməsi”, “Pensiya kalkulyatoru”, “Sığortaedənin uçot nömrəsinin öyrənilməsi” adlı xidmətlər daxildir. Hesabat dövründə Fondun “Elektron hökumət” portalına inteqrasiya olunan elektron xidmətlərindən 95 701 nəfər şəxs istifadə edib və hazırda DSMF “Elektron hökumət” proqramının ən fəal iştirakçılarından biridir.

DSMF “Elektron hökumət” portalı ilə yanaşı, Fondun saytı (www.dsmf.gov.az) vasitəsilə də əhaliyə müxtəlif elektron xidmətlər göstərməkdədir. Cari ilin 9 ayında bu xidmətlərdən ən çox istifadə olunanları, “Sığortaedınin DSMF orqanlarında məcburi dövlət sosial sığortası üzrə rüblük (illik) hesabatların elektron formada hazırlanması üçün proqram təminatı” və “Məcburi dövlət sosial sığorta haqqı üzrə sığortaolunan haqqında məlumatın toplanması üçün proqram təminatı” adlı elektron xidmətlər olub. Yuxarıda qeyd olunanlardan əlavə 54 679 nəfərdən çox vətəndaş bilavasitə Fondun saytı vasitəsilə bu xidmətlərdən yararlanıb.

Fonddan Modern.az-a bildirilib ki, cari ilin ikinci yarısından etibarən isə Şərqi Avropa və MDB məkanında ilk dəfə olaraq Azərbaycanda vahid mərkəzdən avtomatlaşdırılmış pensiya təyinatı tətbiq olunmaqdadır. Bu elektron xidmət pensiyaçıların ən çox müraciət etdiyi xidmətlərdən biridir və artıq 3 ay ərzində 558 nəfərə bu sistem vasitəsilə pensiya təyinatı aparılıb.

Dövlət orqanlarının elektron xidmətlər göstərilməsinin təşkili məqsədilə həyata keçirilən tədbirlər çərçivəsində DSMF-nin əhaliyə təqdim etdiyi elektron xidmətlərin sayı 21-ə çatdırlıb. İlin sonuna kimi bir sıra yeni xidmətlərin “Elektron hökumət” portalına inteqrasiya olunması nəzərdə tutulur.

Modern.az  
Telegram
Hadisələri anında izləyin!
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi