Moskva sakini Yeqor Şerbakovun qətlində şübhəli bilinən Orxan Zeynalov dindirmə zamanı hadisə yerində olmadığını vurğulayıb.
RİA Novosti-nin məlumatına görə, bunu Rusiya Federasiyası İstintaq Komitəsinin rəsmi nümayəndəsi Vladimir Markin deyib.
Yeqor Şerbakovun qətlində ittiham olunan azərbaycanlıya müstəntiqlər rəsmi ittiham irəli sürüblər.
Rusiya Baş İstintaq İdarəsinin nümayəndəsi Sergey Stukalov RİTA-SİTA agentliyinə bildirib ki, “Zeynalova rəsmi ittiham tərcüməçinin və vəkilin iştirakı ilə təqdim olunub”. İttiham sübut olunsa, Zeynalov ömürlük həbsə məhkum oluna bilər.
Modern.az