Modern.az

300 bal toplayan 6 məktəbli bu rayonlardandır - FOTOLAR

300 bal toplayan 6 məktəbli bu rayonlardandır - FOTOLAR

Təhsil

2 Aprel 2024, 20:57

Səki - Zaqatala Regional Təhsil İdarəsinin tabeliyindəki ümumi təhsil məktəblərinin 6 şagirdi buraxılış imtahanlarında maksimum nəticə göstəriblər.

 

Modern.az xəbər verir ki, martın 3-də keçirilmiş buraxılış imtahanlarının (XI sinif üzrə) nəticələrinə əsasən, ŞZRTİ-nin tabeliyindəki Şəki şəhər 18 nömrəli tam orta məktəbin şagirdi İlyasova Zərifə Elmaz qızı, Şəki şəhər 5 nömrəli tam orta məktəbin şagirdi Teymurlu Fatimə Elmir qızı, Şəki şəhəri, Fizika-riyaziyyat və humanitar təmayüllü liseyin şagirdi Əliyeva Amalya Tural qızı, Qəbələ rayonu, Həmzəlli kənd orta məktəbin şagirdi Yusibov Elşən Səfa oğlu, Qəbələ rayonu, Nohurqışlaq kənd orta məktəbin şagirdi Rəhimova Səidə Ruhib qızı və Qəbələ şəhəri, 4 saylı şəhər orta məktəbin şagirdi Xancanova Lalə Elvin qızı 300 bal toplayıblar.

 

Qeyd edək ki, buraxılış imtahanında şagirdlərə tədris dilindən 10 yazılı cavab tələb edən açıq və 20 qapalı, riyaziyyat fənnindən 7 yazılı cavab tələb edən açıq, 5 kodlaşdırılan açıq, 13 qapalı, xarici dil fənnindən 7 yazılı cavab tələb edən açıq və 23 qapalı tipli tapşırıq olmaqla, ümumilikdə 85 tapşırıq təqdim olunub. Bu mərhələdə fənlərin hər biri üzrə maksimum 100 bal olmaqla, ümumilikdə 300 bal toplana bilər.

 

Yüksək nəticə göstərən abituriyentləri təbrik edir, bütün şagirdlərə uğurlar arzulayırıq.

 

Twitter
Sizə yeni tvit var
Keçid et
Şok plan üzə çıxdı: Putin belə devriləcək