Modern.az

Azərbaycanda Ali Təhsilin İnkişafı üzrə Komissiya yaradılsın - Rektordan TƏKLİF

Azərbaycanda Ali Təhsilin İnkişafı üzrə Komissiya yaradılsın - Rektordan TƏKLİF

Təhsil

4 Aprel 2024, 10:23

Azərbaycanda Ali Təhsilin İnkişafı üzrə Komissiyanın yaradılması təklif edilib.

 

Modern.az xəbər verir ki, bu təkliflə Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) rektoru Ədalət Muradov çıxış edib.

 

O, ali təhsilin rəqəmsallaşmasını, yeni dövrün təhsilinə yeni baxışların formalaşdırılmasının vacibliyini, eləcə də bu istiqamətdə digər önəmli məqamları nəzərə alaraq bildirib:

 

“Müasir dövrdə ali təhsilin rəqəmsallaşması və bununla bağlı ali təhsilin fəlsəfəsi, məzmunu və bütövlükdə inkişafında ciddi dəyişikliklərin baş verdiyini, Azərbaycanda yeni dövrün başladığını, yeni dövrün təhsilinə yeni baxışların formalaşdırılmasının vacibliyini, yeni dövrdə Azərbaycanın təhsil potensialının artırılmasının əhəmiyyətini və reallaşdırılmasının zəruriliyini, eləcə də xarici təcrübəni nəzərə alaraq, Azərbaycanda Ali Təhsilin İnkişafı üzrə Komissiyanın yaradılmasını təklif edirik”.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Şok plan üzə çıxdı: Putin belə devriləcək