Modern.az

Bu il 700 bal toplayan olacaq? - Keçid balları arta bilər

Bu il 700 bal toplayan olacaq? - Keçid balları arta bilər

Təhsil

4 Aprel 2024, 11:51

Ötən gün tam (11 illik) orta təhsil səviyyəsi üzrə 3 mart 2024-cü il tarixində keçirilmiş buraxılış imtahanının nəticələri elan olunub. İmtahan iştirakçıları arasında 14 nəfər 300 bal toplamaqla ən yüksək nəticəni göstərib. Yüksək nəticə göstərənlərin sayı da çoxluq təşkil edib.

 

Qeyd edək ki, son illərdə imtahanlarda maksimum - 700 bal toplayanlar olmayıb. Bu zaman-zaman müzakirələrə səbəb olub.

 

Maraqlıdır ki, qarşıdakı blok imtahanından sonra 700 bal toplana şagirdlər olacaqmı? Ümumiyyətlə imtahan nəticələrini necə qiymətləndirmək lazımdır?

 

Mövzu ilə bağlı təhsil eksperti Elçin Əfəndi Modern.az-a açıqlama verib. 

 

“Nəzərinizə çatdırım ki, 3 martda keçirlmiş imtahan ötən illə müqayisədə abituriyent üçün olduqca əlverişlidir. 
O baxımdan ki, bu ilin abituriyentləri daha hazırlıqlıdırlar. Çünki onlar pandemiya şəraitində olmadıqları üçün normal hazırlıq keçə biliblər. Düşünürəm ki, bu il abituriyentlər 3 mart tarixində olduğu kimi 10 mart tarixində keçirilən buraxlış imtahanında da uğurlu nəticə qazanacaqlar. 3 mart artıq bunu sübut etdi. 10 martdakı imtahanda  yüksək bal toplayan  abituriyentlər olacaq. 


Qarşıda qalır blok imtahan mərhələsi hansı ki, həmin mərhələdə şagirdlər  ali təhsil müəssisələrinə müraciət edirlərsə, 700 ballıq sistemdə  400 ballıq nəticə əldə edə bilərlər. Düşünürəm ki, blok imtahanında da yüksək bal toplayanlar olacaq. Yekun nəticədə ölkədə 700 bal toplayan abituriyentlər görə bilərik. 700 balın toplanılması eyni zamanda imtahanlarda yüksək nəticənin əldə olunması birbaşa onuna əlaqədardır ki, artıq tədricən kurikulum əsasında imtahanların keçirilməsinə baxmayaraq bu prosesə adaptasiya ola, uyğunlaşa biliblər. Nəticədə də onlar2022-2023  normal hazırlıq keçə biliblər. Normal hazırlaşmaq imtahan nəticələrində özünü göstərməli idi”.

Elçin Əfəndi nəticənin yüksək olmasının ixtisas ballarına təsirindən də danışıb:

 

“Nəticənin yüksək olması plan yerlərinin artmasına baxmayaraq ixtisaslar üzrə formalaşan keçid ballarına təsir edə bilər. Ola bilər ki, ixtisasların keçid ballarında müəyyən artım olsun. Xüsusən də buraxlış imtahanı əsasında qəbulu aparılan istiqamətlər. Bura 5-ci ixtisas qrupu, 11 illik bazadan kolleclərə qəbul nəzərdə tutulur.  Bu istiqamətlərdə ehtimal ki, buraxlış imtahanının nəticələri ballarda artıma səbəb olacaq. Buraxlış imtahanı iki istiqamətdə keçirildi. Birinci istiqamətdə maksimum nəticə göstərənlərin sayı qızlardır. İkinci istiqamət bəzi rayonları əhatə edəcək. Hansı ki, həmin rayonlarda yüksək nəticə göstərən oğlanların olduğunu  müşahidə edə bilərik. Qızların oxuması, daha yüksək nəticə əldə etməsi müsbət haldır. Həmçinin bu il əvvəlki illə müqayisədə bölgələrdən yüksək nəticə göstərən abituriyentlərin sayı da çoxdur”.

Whatsapp
Bizə yazın!
Keçid et
Şok plan üzə çıxdı: Putin belə devriləcək