Modern.az

Lisey imtahanda 300 bal toplayan şagirdin şəklini YAYDI

Lisey imtahanda 300 bal toplayan şagirdin şəklini YAYDI

Təhsil

4 Aprel 2024, 14:24

Xəbər verildiyi kimi, Dövlət İmtahan Mərkəzi (DİM) tam orta təhsil səviyyəsi (11 illik) üzrə 3 mart 2024-cü il tarixində keçirilmiş buraxılış imtahanının nəticələrini elan edib.

DİM-in məlumatına görə, imtahan iştirakçıları arasında 14 nəfər 300 bal toplamaqla ən yüksək nəticəni göstərib. Yüksək bilik nümayiş etdirən şagirdlərin 13-ü qızdır. Cəmi 1 oğlan 300 bal toplamağa müvəffəq olub.

Həmin şagirdlərin (siyahı) 6-sı Bakı, 3-ü Qəbələ, 3-ü Şəki, 1-i Abşeron, 1-i Gəncə məktəblərini təmsil edir.  

Modern.az-ın məlumatına görə, 300 bal toplayanlardan biri Bakı şəhəri, Akademik Zərifə Əliyeva adına liseyin şagirdi Hüseynzadə Aylin İlqar qızıdır.

Zərifə Əliyeva adına lisey sosial şəbəkələrdə Aylin Hüseynzadənin şəklini paylaşaraq, onu yüksək nəticə göstərməsi münasibətilə təbrik edib.

Whatsapp
Bizə yazın!
Keçid et
Deputatın bu çıxışı ölkəni qarışdırdı: Başkəndi ermənilərə verək!