Modern.az

UNEC QS reytinqində yeni uğura imza atıb

UNEC QS reytinqində yeni uğura imza atıb

Təhsil

10 Aprel 2024, 22:13

Aprelin 10-da QS Reytinq Agentliyinin sahələr üzrə açıqladığı dünya reytinqinə (QS World University Rankings by Subject | 2024) əsasən, Azərbaycan Dövlət İqtisad Universiteti (UNEC) "İqtisadiyyat, Ekonometrika" üzrə keçənilki reytinqlə müqayisədə 150 pillə irəliləyərək, dünyanın ən yaxşı 351-400-cü universiteti səviyyəsinə yüksəlib.

 

Bu barədə Modern.az-a UNEC-in İctimaiyyətlə Əlaqələr Şöbəsindən bildirilib.

 

Qeyd olunub ki, bundan əlavə, UNEC ilk dəfə "Sosial elmlər və menecment" üzrə dünyanın ən yaxşı 501-550-ci universiteti olub.

 

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
SON DƏQİQƏ-Paşinyan Türkiyə ilə sərhədə getdi