Modern.az

Azərbaycanın iki universiteti dünya REYTİNQİNDƏ

Azərbaycanın iki universiteti dünya REYTİNQİNDƏ

Təhsil

11 Aprel 2024, 11:00

Ali təhsil sahəsində beynəlxalq analitik agentlik Quacquarelli Symonds (QS) fənn sahələri üzrə dünyanın ən yaxşı universitetlərinin reytinqini (QS World University Rankings by Subject 2024) açıqlayıb.

 

Bu barədə Modern.az-a Elm və Təhsil üzrə Dövlət Agentliyindən məlumat verilib.

 

Bildirilib ki, Azərbaycan QS reytinqdə 2 universitetin təhsil proqramları ilə təmsil olunub. Ölkə üzrə ən yüksək nəticə əldə etmiş Azərbaycan Dillər Universiteti “Müasir dillər” proqramı üzrə dünyanın ən yaxşı 301-340 universitetlərinin siyahısına daxil olub.

 

Azərbaycan Dövlət İqtisad Universiteti “İqtisadiyyat və ekonometrika” proqramı üzrə dünyanın ən yaxşı 351-400, “İctimai elmlər və menecment” proqramı üzrə isə dünyanın ən yaxşı 501-550 universitetlərinin siyahısına daxil olub.

 

Qeyd edək ki, müvafiq reytinqin qiymətləndirmə metodologiyasında 5 əsas indikator (akademik nüfuz, işəgötürənlər arasında nüfuz, istinad sayı, H-indeks və beynəlxalq elmi əməkdaşlıq indeksi) nəzərə alınır.

Whatsapp
Bizə yazın!
Keçid et
Deputatın bu çıxışı ölkəni qarışdırdı: Başkəndi ermənilərə verək!