Modern.az

Dünyanın ən nüfuzlu universitetinə qəbul olan azərbaycanlı qız - VİDEO

Dünyanın ən nüfuzlu universitetinə qəbul olan azərbaycanlı qız - VİDEO

Təhsil

12 Aprel 2024, 00:28

Azərbaycanlı məktəbli Fidan Hüseynova dünyanın ən nüfüzlu ali məktəblərindən biri olan Massaçusets Texnologiya İnstitutuna (MIT) qəbul olub.

 

Modern.az-ın məlumatına görə, fizika, riyaziyyat və informatika təmayüllü liseydən məzun olan Fidan Hüseynova illik təhsil haqqı 88 min dollar olan instituta qəbul olub.

 

Fidan deyir ki, bu uğurlu nəticə və seçim heç də təsadüfi olmayıb.

 

Gəncəli abituriyentin sözlərinə görə, onun heç də az olmayan təhsil haqqı və yaşayış xərclərinin ödənilməsi məsələsi də artıq həllini tapıb. O, bu işdə həm universitetin, həm də xaricdə təhsil üzrə dövlət proqramının təqaüdündən yararlana biləcək.

 

Qeyd edək ki, Fidanın böyük qardaşı hazırda Koreyada ali təhsil alır.

 

Daha ətraflı aşağıdakı süjetdə:

 

 

Whatsapp
Bizə yazın!
Keçid et
Deputatın bu çıxışı ölkəni qarışdırdı: Başkəndi ermənilərə verək!