Modern.az

Azad edilən ərazilərdə 800-dən çox şagird təhsil alır

Azad edilən ərazilərdə 800-dən çox şagird təhsil alır

Təhsil

12 Aprel 2024, 12:26

Azad olunmuş ərazilərdə 8 məktəbdə 800-dən çox şagird təhsil alır.

 

Modern.az xəbər verir ki, bunu Avropa Azərbaycan Məktəbində keçirilən "3-cü beynəlxalq təcrübə əsaslı öyrənmə" konfransında elm və təhsil nazirinin müavini Kənan Kərimzadə deyib.

 

O bildirib ki, qarşıda duran əsas məsələlər ümumi təhsilin keyfiyyətinin artırılması, məzmunun yaxşılaşdırılması və təcrübə əsaslı öyrənmədə beynəlxalq standartlara uyğunlaşmanın təmin edilməsidir:

 

“Daha bir vacib məsələ müəllimlərin rifah halının yaxşılaşdırılmasıdır. Artıq 40 min müəllim sertifikasiyadan keçib, proses davam edir. Bundan başqa, məktəblərdə internetə əlçatanlığın təmin edilməsi üçün işlər davam etdirilir. Hədəfimiz məktəb üzrə hər altı uşağa bir kompüterin olmasıdır”. (Apa)

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Deputatın bu çıxışı ölkəni qarışdırdı: Başkəndi ermənilərə verək!