Modern.az

İş yerini dəyişmək istəyən müəllimlərin nəzərinə - Vakansiya seçimi başlayır

İş yerini dəyişmək istəyən müəllimlərin nəzərinə - Vakansiya seçimi başlayır

Təhsil

15 Aprel 2024, 16:38

Elm və Təhsil Nazirliyi sisteminə daxil olan dövlət ümumi təhsil müəssisələrində çalışan müəllimlərin iş yerinin dəyişdirilməsi müsabiqəsinin vakansiya seçimi mərhələsinə başlanılır.

 

Modern.az xəbər verir ki, müsabiqə qaydalarına əsasən, vakansiya seçimi ilkin olaraq şəhid ailələrinin üzvləri üçün aktivləşdiriləcək.

 

Müsabiqə üzrə qeydiyyatdan keçmiş və elektron ərizəsi təsdiq olunmuş şəhid ailələrinin üzvləri aprelin 17-si saat 11:00-dan etibarən şəxsi səhifələrinə daxil olaraq müvafiq vakant yer seçimi edə bilərlər.

 

İlkin vakansiya seçimi aprelin 19-u saat 11:00-dək davam edəcək. Növbəti mərhələdə isə digər müsabiqə iştirakçıları üçün vakansiya seçimi mərhələsi həyata keçiriləcək və bu barədə ictimaiyyətə əvvəlcədən bildiriləcək.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Deputatın bu çıxışı ölkəni qarışdırdı: Başkəndi ermənilərə verək!