Modern.az

300 bal toplayan Rəsul Qarabağ Universitetini seçə bilər

300 bal toplayan Rəsul Qarabağ Universitetini seçə bilər

Təhsil

16 Aprel 2024, 15:14

Dövlət İmtahan Mərkəzi (DİM) tam (11 illik) orta təhsil səviyyəsi üzrə 10 mart 2024-cü il tarixində keçirilmiş buraxılış imtahanının nəticələrini bu gün açıqlayıb.

 

300 bal toplayan şagirdlərdən biri - Rəsul Təbib oglu Həsənli Bakı şəhəri, Nizami rayonu, 62 saylı məktəb-liseydə təhsil alır.

 

Onun anası Modern.az-a açıqlamasında bu nəticənin əldə edilməsində məktəbin böyük əməyinin olduğunu deyib:

 

"Rəsul birinci ixtisas qrupu üzrə hazırlaşır. Ümid edirik ki, növbəti imtahada da hər şey yaxşı olar. 
Hansı universiteti seçəcəyin hələki qərarlaşdırmayıb. Kompüter mühəndisliyi ixtisasında təhsil almaq istəyir".

 

O qeyd edib ki, Rəsul təhsilini Azərbaycanda davam etdirmək istəyir:

 

"Çünki bizim ailədə vətən sevgisi  yüksəkdir. Hətta bizim Qarabağ Universitini seçmək ehtimalımız da var. Çünki biz Qarabağlıyıq. Bu seçimi də edə bilərik".

Sizə yeni x var
Keçid et
Deputatlar Rusiyaya getməyəcək - Zelenskinin bunkeri vuruldu