Modern.az

Şagirdləri uğurlu və uğursuzluğa görə 2 yerə bölə bilmərik - Nazir

Şagirdləri uğurlu və uğursuzluğa görə 2 yerə bölə bilmərik - Nazir

Təhsil

17 Aprel 2024, 12:57

Biz şagirdləri uğurlu və uğursuz olmaqla bölə, onlara buna görə yanaşa bilmərik.

 

Modern.az xəbər verir ki, bunu elm və təhsil naziri Emin Əmrullayev "Sabahın alimləri" XIII Respublika Müsabiqəsinin açılış mərasimində deyib.

 

O qeyd edib ki, indi həqiqətən də şagirdlər yaxşı mənada seçilirlər. 15-20 il əvvəl bu qədər gənc beynəlxalq ali məktəblərə qəbul ola bilmirdi.

 

"Respublika məktəbləri arasında idman və yaradıcılıq yarışları təşkil ediləcək. Bu ildən başlayaraq Gənclər və İdman Nazirliyi ilə birlikdə addımlarımızı atırıq. Məqsədimiz şagirdlərdəki digər bacarıqları da üzə çıxarmaq, istedadlarını müəyyən etməkdir. Ona görə idman və mədəniyyət sahəsi ilə bağlı təmayüllü məktəblərin də sayının artırılmasını istəyirik", - nazir vurğulayıb.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Sərhəd pozuldu - Erməni sərhədçiləri Tavuşa yerləşdi