Modern.az

Olimpiada qaliblərinin çoxu dünyanın aparıcı universitetlərində oxuyur

Olimpiada qaliblərinin çoxu dünyanın aparıcı universitetlərində oxuyur

Təhsil

17 Aprel 2024, 13:00

"Olimpiadalarda uğur qazanan şagirdlər dünyanın aparıcı universitetlərinə qəbul olunur"

 

Modern.az xəbər verir ki, bunu Elm və Təhsil Naziri Emin Əmrullayev "Sabahın alimləri" XIII Respublika Müsabiqəsinin rəsmi açılış mərasimində çıxışı zaman deyib.

 

Nazir qeyd edib ki, 2014-cü ildən başlayaraq təhsil sistemində olimpiadalar tətbiq olunmağa başlayıb:

 

"Müsabiqə qaliblərinin 90 faizi dünyanın aparıcı universitetlərinə qəbul olunur. Hətta keçən il qəbul olunanları sayı 40 nəfər olub".

 

E.Əmrullayevin sözlərinə görə yaxın 10 il ərzində bütün bölgələrdə lisey və gimnaziyaların sayının artırılması nəzərdə tutulur:

 

"Gələcəkdə Azərbaycanın bütün bölgələrində  2-3 təmayüllü lisey fəaliyyət göstərməlidir".

Twitter
Sizə yeni tvit var
Keçid et
Deputatın bu çıxışı ölkəni qarışdırdı: Başkəndi ermənilərə verək!