Modern.az

Buraxılış imtahanlarında 300 bal toplayan Gəncə məktəbliləri

Buraxılış imtahanlarında 300 bal toplayan Gəncə məktəbliləri

Təhsil

17 Aprel 2024, 13:22

Tam (11 illik) orta təhsil səviyyəsi üzrə 10 mart 2024-cü il tarixində keçirilmiş buraxılış imtahanının nəticələrinə görə, Gəncə - Daşkəsən Regional Təhsil İdarəsinin tabeliyindəki məktəblərin 3 şagirdi də maksimum bal toplayıb.
 

Modern.az-ın məlumatına görə, Gəncə şəhər İ.Məmmədov adına 27 nömrəli məktəb-liseyin şagirdi Həqiqət Əzizova, Gəncə şəhər 30 nömrəli tam orta məktəbin şagirdi Nəzrin Əhmədova və Cəncə şəhjər M.C.Paşayev adına 39 nömrəli tam orta məktəbin şagirdi Nuray Hüseynova buraxılış imtahanında 300 bala imza atıblar.
 

Xatırladaq ki, 10 mart tarixli imtahanda 39 nəfər, 3 mart tarixli imtahanda isə 14 nəfər maksimum bal toplayıb.

Ümumilikdə 300 bal toplayan 53 nəfərdən 41-i qız şagirdlərdi.
 

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Dronlar Putinin mülk və sarayı istiqamətində hücuma keçdi