Modern.az

“Sabahın alimləri” XIII Respublika Müsabiqəsinin açılış mərasimi...

“Sabahın alimləri” XIII Respublika Müsabiqəsinin açılış mərasimi...

Təhsil

17 Aprel 2024, 11:34

Aprelin 17-də “Sabahın alimləri” XIII Respublika Müsabiqəsinin açılış mərasimi keçirilib.

 

Modern.az xəbər verir ki, tədbir Dövlət Himninin səsləndirilməsi ilə başlayıb.

 

Açılış mərasimində elm və təhsil naziri Emin Əmrullayev, millət vəkilləri, həmçinin dövlət qurumları, özəl müəssisələrin rəhbər heyəti və digər qonaqlar iştirak ediblər.

 

Giriş nitqi ilə çıxış edən Təhsil İnstitutunun direktor müavini, layihə direktoru Fuad Qarayev müsabiqənin statistik göstəriciləri ilə bağlı hesabat təqdim edib. Fuad Qarayev 8 istiqamət üzrə qeydiyyatdan keçən, qəbul olunan və qiymətləndirilən layihələr barədə ətraflı məlumat verib.

 

Qeyd edilib ki, müsabiqə üzrə qeydiyyatdan keçən 652 layihədən 113-ü sərgidə iştirak hüququ qazanıb.

 

Elm və təhsil naziri Emin Əmrullayev çıxışında tədbir iştirakçılarını salamlayıb və müsabiqədə iştirak edən şagirdlərə uğurlar arzulayıb.

 

Daha sonra qonaqlar sərgi ilə tanış olublar, həmçinin videoçarx nümayiş etdirilib.

 

Qeyd edək ki, müsabiqədə növbəti 2 gün ərzində şagirdlərin 8 istiqamət (riyaziyyat, fizika və astronomiya, kimya, biologiya, tibb və sağlamlıq, ekologiya və ətraf mühitin idarə olunması, mühəndislik, kompüter elmləri) üzrə elmi-tədqiqat layihələri dəyərləndiriləcək. Bununla yanaşı, qaliblər sırasından seçilən məktəblilər ABŞ-də keçirilən sərgidə ölkəmizi təmsil edəcəklər.

 

Müsabiqənin keçirilməsində məqsəd elmi-tədqiqat və yaradıcılıq potensialı olan istedadlı şagirdləri aşkara çıxarmaq, onlarda tənqidi düşünmə, problem həlletmə, vaxtın idarə olunması, natiqlik və ünsiyyət kimi bacarıqları inkişaf etdirmək, ali təhsil müəssisələri və elmi təşkilatlarla ümumtəhsil məktəbləri arasında əlaqələri genişləndirmək, həmçinin şagirdlərin oxşar maraqları olan həmyaşıdları ilə şəbəkələşməsini təmin etməkdir.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Deputatın bu çıxışı ölkəni qarışdırdı: Başkəndi ermənilərə verək!