Modern.az

17 mart tarixli imtahanın nəticələri nə vaxt açıqlanacaq? - DİM cavab verdi

17 mart tarixli imtahanın nəticələri nə vaxt açıqlanacaq? - DİM cavab verdi

Təhsil

17 Aprel 2024, 16:37

17 mart tarixində IX siniflər üzrə keçirilmiş buraxılış imtahanının nəticələri də bu həftə ərzində elan olunacaq.

Modern.az xəbər verir ki, bu barədə Dövlət İmtahan Mərkəzindən (DİM) bildirilib.

“Nəticələr hazır olan kimi elan olunur. Dəqiq vaxt demək mümkün deyil”, - DİM bildirib.

Martın 17-də Bakı şəhərinin Sabunçu, Səbail, Xətai, Nəsimi, Nərimanov rayonlarında, Gəncə (I hissə) Samux, Daşkəsən, Qazax, Ağstafa, Şəki, Lənkəran (I hissə), Astara, Biləsuvar, Ağdam, Ağcabədi, Ağsu, Zərdab, Kürdəmir, İmişli, Şirvan, Qusar, Siyəzən, Xızı, Şabran rayonlarında ümumi (9 illik) orta təhsil səviyyəsi üzrə buraxılış imtahanları keçirilib.

İmtahanlarda 46700-dən çox şagird iştirak edib.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Deputatın çıxışı qalmaqal yaratdı: Başkənd ermənilərə veriləcək?