Modern.az

İlk dəfə 6-cı siniflər üzrə monitorinqlər keçiriləcək

İlk dəfə 6-cı siniflər üzrə monitorinqlər keçiriləcək

Təhsil

18 Aprel 2024, 12:52

Bu il ilk dəfə 19 may tarixində 6-cı siniflər üzrə monitorinqlər keçiriləcək.

 

Modern.az xəbər verir ki, bu barədə Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin direktoru Eşqi Bağırov hesabat brifinqində deyib.

 

O bildirib ki, indiyə qədər monitorinqlər 4-cü siniflər üzrə aparılırdı.

 

“Miqyası təxminən 300 minə yaxın şagirdin iştirak etdiyi qiymətləndirmədir. Ölkə üzrə bütün coğrafiyanı əhatə edən bütün şagirdlərimizi əhatə edən bir qiymətləndirmə keçirək. Bütün şagirdlərimizi eyni meyarlarla qiymətləndirək.Ona uyğun növbəti planlarımızı həyata keçirək. Bu imtahanlar 4-cü siniflər üçün mayın 18-i keçiriləcək. Mayın 19-cu isə 6-cı sinif şagirdləri üçün keçiriləcək”.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Sərhəddə insident hərbçilər döy*ldü