Modern.az

Bu il hansı ixtisas qruplarında rəqabət yüksək olacaq?

Bu il hansı ixtisas qruplarında rəqabət yüksək olacaq?

Təhsil

22 Aprel 2024, 16:00

Məlum olduğu kimi, buraxlış imtahanları başa çatdı. Bu imtahanlarda maksumum nəticə göstərənlərin sayı rekord həddə çatıb. 10 mart tarixində keçirilən buraxılış imtahanın nəticələrinə əsasən, 39 nəfər 300 bal toplayaraq maksimal nəticə göstərib. Bu isə Azərbaycan tarixində qeydə alınan rekord nəticədir. 3 martda baş tutan buraxılış imtahanının nəticələri ilə birlikdə rekordçuların yekun sayı 53 nəfər olub. 

16 aprel tarixindən I-IV ixtisas qrupları üzrə qəbul imtahanının 2-ci mərhələsinin 1-ci cəhdində iştirak etmək istəyən abituriyentlər üçün qeydiyyat başlayıb. 
 

Maraqlıdır, builki nəticələrin yüksək olması rəqabətə necə təsir edəcək? 
 

Təhsil eksperti Elşən Qafarov Modern.az-a deyib ki, Dövlət İmtahan Mərkəzi (DİM) hər 6-7 ildən bir narazılıqları yatırmaq üçün sualları asanlaşdırır:


“2024-cü il də belə illərdən biridir. Necə oldu ki, 2019, 2020, 2021, 2022, 2023-cü illərdə yüksək nəticə göstərənlər olmadı, 2024-cu ildə yüksək nəticə göstərənlərin sayı 53 nəfərə çatdı? Bu o deməkdir ki, Dövlət İmtahan Mərkəzi istədiyi vaxt sualları asanlaşdımaqla səviyyəni aşağı sala bilir, istədiyi vaxt da imtahan suallarını çətinləşdirir. Buraxlış imtahanlarının nəticələrinə görə, ölkədə təhsilin səviyyəsini müəyyən etməyi doğru saymıram. Bunun üçün milli, beynəlxaıq qiymətləndirmə var.
Yüksək nəticə göstərənlərin çox olmasının bir səbəbi də bu ola bilər ki, Dövlət İmtahan Mərkəzi artıq sualları şagirdlərin real bilik-bacarıqlarına uyğun olaraq tətbiq etməyə başlayıb. Əgər DİM xüsusi meyarlarla deyil, şagirdlərin real bilik-bacarıqlarına uyğun sual qoyubsa, bu, sevindirici haldır. Mən çox azrulayardım ki, DİM builki tendensiyanı növbəti ildə də davam etdirsin. Mən indidən proqnoz verirəm ki, DİM suallarda struktur, məzmun dəyişikliyi aparmasa, növbəti ilə nəticələr kəskin şəkildə aşağı düşəcək. Cəmiyyət də, media nümayəndələri də deyəcək ki, təhsildə bir il ərzində geriləmə var. Əslində isə belə deyil”.
 

Elşən Qafarov bu il qruplar arasındakı rəqabətin necə olacağı barədə də danışıb:
 

“Düşünürəm ki, ən yüksək rəqabətyenə də 3 və 4-cü qruplarda olacaq. Amma sevindirici haldır ki, bu il informasiya texnologiyaları, informasiya mühəndisliyi, robototexnika, kompüter mühəndisliyi kimi ixtisaslara təlabat artıb. Artıq bu ixtisasların balı hüquq və tibb ixtisası ilə eyni bala çatıb. 
Pedoqoji sahəyə də sənəd verənlərin orta balları ildən-ilə qalxmaqdadır. Bu da müəllimlik sənətinə olan marağın artmasının göstəricisidir”.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Mühüm mövqelər Ordumuzun nəzarətinə keçdi-Ermənistanda şok