Modern.az

Nazir məktəblərdəki neqativ hadisələrdən danışdı: "Ört-basdır etməkdənsə..."

Nazir məktəblərdəki neqativ hadisələrdən danışdı:

Təhsil

18 Aprel 2024, 15:52

Şagirdlər arasında bulinq, qısnama və az sayda olsa da, intihar halları olur. Məktəblərdə daha ciddi fəsadların qarşısı məhz "Məktəblinin dostu" layihəsi əsasında alınıb

 

Modern.az xəbər verir ki, bunu elm və təhsil naziri Emin Əmrullayev "Məktəblinin dostu" layihəsinin fəaliyyətinə dair keçirilən tədbirdə çıxışı zamanı deyib.

 

Nazirin sözlərinə görə, 4000-dən çox məktəbdə 1 milyondan çox təhsilalan, çox sayda təhsilverən və valideynin olmasını nəzərə alsaq nəzəri baxımdan fövqəladə və bədbəxt hadisələr baş verə bilər.

 

"Bir çox hallarda formalaşmış məktəb mədəniyyəti var. Ona görə də məsələni məktəbdaxili həll etmək düzgün olar", - o qeyd edib.

 

E.Əmrullayev bildirib ki, neqativ hadisələri ört-basdır etməkdənsə, həll yolu istiqamətində düzgün müzakirə aparılmalıdır: "Kimisə günahlandırmaqla məsələni həll etmək mümkün deyil, bu, hadisələrin yenidən təkrarlanmasına səbəb ola bilər".

 

O söyləyib ki, ailədaxili münaqişə və mühit məktəb daxilində öz təsirini göstərmiş olur: "Məsuliyyətin bölüşdürülməsi və birgə işin tərəfdarıyam. Məktəblərdə video müşahidələr də aparılır və görüntülər 30-40 gün saxlanılır. Bu, bəzi problemli məsələlərin həllində əhəmiyyətli rol oynayır. Bəzən heç də daxil olan məlumatlar dürüst olmur".

 

Nazir vurğulayıb ki, məktəblərdə hadisə qurbanı və mahiyyəti kənarda qalıb emosional davranış əsas götürülürsə bu, yaxşı deyil.

 

Emin Əmrullayevin sözlərinə görə, hər il məktəblərdə xoşagəlməz hadisə baş verir: "Belə hallar bu gün də var, sonra da olacaq. Bütün dünyada vəziyyət belədir. Yaxşı təhsil sistemini pisdən ayıran əsas nüans sondakı reaksiyanın nədən ibarət olmasıdır. Hadisə qurbanı və mahiyyəti kənarda qalıb emosional davranış əsas götürülürsə bu, yaxşı deyil. Hadisə baş veribsə əsas məsələ nəticədir".

 

O bildirib ki, azyaşlı və yeniyetmələrlə iş görən komissiyaların işinə nəzarət gücləndirilməlidir: "Bəzən emosional gərginliyin mənfi təsirə məruz qalan şagirdə hansı faydası var məsələsi kənarda qalır. Halbuki nəzərə almaq lazımdır ki, emosiya tez bitir".

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Dronlar Putinin mülk və sarayı istiqamətində hücuma keçdi