Modern.az

Valideynlər “Məktəblinin dostu” layihəsindən tam razıdırlar - Nazirlik rəsmisi

Valideynlər “Məktəblinin dostu” layihəsindən tam razıdırlar - Nazirlik rəsmisi

Təhsil

18 Aprel 2024, 15:12

Aparılan sorğuya görə valideynlər “Məktəblinin dostu” layihəsindən tam razıdırlar.

 

Modern.az xəbər verir ki, bunu elm və təhsil nazirinin müşaviri Azər Abizadə “Məktəblinin dostu” layihəsinin tətbiqinə dair keçirilən dəyirmi masada söyləyib. O bildirib ki, sorğuda valideynlər bu sualları cavablandırıblar:

 

- Məktəblinin dostu gəldikdən sonra daha az dava olur.

- Məktəblinin dostu gəldikdən sonra daha az yanğın hadisəsi olur.

- Məktəblinin dostu hər zaman kömək etməyə hazırdır.

- Məktəblinin dostu fərqli növ təlim və tədbirlər keçirir.

- Məktəblinin dostu övladınızın hər zaman kömək istəyəcəyi insan oldu.

 

Nazir müşaviri qeyd edib ki, layihədən ortalama razılıq səviyyəsi 1,5-dən aşağıdır. Bildirib ki, bu göstərici valideynlərin tam razı olması deməkdir.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
ŞOK İddia: Göyçə boşaldılır - Kəlbəcərdən ordu girir