Modern.az

Respublika Fənn Olimpiadalarının final tarixləri AÇIQLANDI

Respublika Fənn Olimpiadalarının final tarixləri AÇIQLANDI

Təhsil

18 Aprel 2024, 17:24

Respublika Fənn Olimpiadalarının final mərhələsinin keçirilmə tarixləri müəyyənləşib. Bu barədə Modern.az-a Təhsil İnstitutundan məlumat verilib.

Respublika Fənn Olimpiadalarının final mərhələsi aşağıdakı tarixlərdə təşkil olunacaq:

• İnformatika fənni üzrə 28 aprel;
• Biologiya və coğrafiya fənləri üzrə 30 aprel;
• Fizika və tarix fənləri üzrə 1 may;
• Fizika fənni üzrə praktiki tur 2 may;
• Kimya və Azərbaycan dili və ədəbiyyat fənləri üzrə 3 may;
• Riyaziyyat fənni üzrə Respublika fənn olimpiadalarının final turu isə 7 may tarixində keçiriləcək.
 

Koordinasiya tarixləri aşağıdakı kimidir:
 

• Biologiya və coğrafiya fənləri üzrə 2 may;
• Fizika və tarix fənləri üzrə 3 may;
• Kimya və Azərbaycan dili fənləri üzrə 5 may;
• Riyaziyyat fənni üzrə isə 9 may tarixində S.C.Pişəvəri adına gimnaziyada (Faiq Yusufov 39) həyata keçiriləcək.


Bütün fənlər üzrə olimpiada saat 10:00-da başlanacaq.


İnformatika fənni üzrə yuxarı yaş qrupu (10-11-ci siniflər) ADA Universitetində (Bakı şəhəri, Nərimanov rayonu, Əhməd bəy Ağaoğlu küçəsi 61), informatika fənni üzrə aşağı yaş qrupu üzrə (8-9-cu siniflər) isə Bakı Ali Neft Məktəbinin Bayıl korpusunda (Yeni Salyan yolu 3-cü km, 25, Səbail rayonu, Bibiheybət qəsəbəsi), digər fənlər isə Avropa hotelində (Bakı şəhəri, Tiflis prospekti, 1025/30) təşkil olunacaq.

Final turunda iştirak hüququ qazanan şagirdlər buraxılış vərəqələrini 19 aprel saat 15:00 tarixindən portal.edu.az saytında şəxsi kabinetlərindən əldə edə bilərlər.


Olimpiadaların final mərhələsinə gələrkən şagirdlərdən buraxılış vərəqəsi və şəxsiyyət vəsiqəsi gətirmələri tələb olunur.


 

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Dronlar Putinin mülk və sarayı istiqamətində hücuma keçdi