Modern.az

"Hərə özündən qanun qəbul edib təhsilə mane törətməsin" - Siyavuş Novruzov

Təhsil

19 Aprel 2024, 13:41

“Azərbaycanın konstitusiyasına görə təhsil icbaridir və məcburidir. Hər kəs təhsil almalıdır. Ancaq bizdə birinci sinifə qəbul edəndə müsabiqə tətbiq edilir”.


Modern.az xəbər verir ki, bu barədə Milli Məclisin bu gün keçirilən iclasında deputat Siyavuş Novruzov deyib.


“İndi istəyirlər ki, uşaqlar məktəbə gəlməsin evdə otursun. Uşaq məktəbə gəlir ki, dərs oxusun, öyrənsin . Əgər evdə dərs oxuyacaqsa məktəbə niyə gəlir? Vətəndaş övladını evinə yaxın məktəbə gətirir, uşağın birinci sinifdən qeydiyyatdan keçirməyə böyük ansambıl düzülüb müsabiqə keçirirlər. Nə müsabiqəsi keçirir? Hansı qanunda göstərilib? Hərə özündən qanun qəbul edib təhsilə mane törətməsin”,-deyə o bildirib.

Whatsapp
Bizə yazın!
Keçid et
https://www.youtube.com/watch?v=BF6L1nRj5_E