Modern.az

Qəbul imtahanında hansı yeniliklər olacaq? - Məleykə Abbaszadədən AÇIQLAMA

Qəbul imtahanında hansı yeniliklər olacaq? - Məleykə Abbaszadədən AÇIQLAMA

19 Aprel 2024, 16:42

“Qəbul imtahanlarında yenilik tətbiq olunacaqsa, bu, azı iki il əvvəl elan edilir”.

 

Modern.az xəbər verir ki, bunu AZƏRTAC-a açıqlamasında Dövlət İmtahan Mərkəzinin (DİM) Direktorlar Şurasının sədri Məleykə Abbaszadə deyib.

 

DİM rəhbəri bildirib ki, qəbul imtahanlarında yeniliklər tətbiq olunmazdan əvvəl Elm və Təhsil Nazirliyinin mütəxəssisləri ilə birlikdə geniş müzakirə aparılır:

 

“Növbəti mərhələdə addım-addım yenilikləri tətbiq edirik. Hər tədris ilinin əvvəlində gələcək imtahan modelini çap edirik. Hər kəs noyabr, dekabr ayında çap olunan imtahan proqramları ilə tanış olub, imtahanın hansı çətinlikdə olacağını təsəvvür edə bilər. Təəssüf ki, belə elmi yanaşmaları müşahidə etmirik”.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiya şokda-Ukrayna dağıdıcı raketlərlə hücuma keçdi