Modern.az

DİM magistratura imtahanında iştirak edəcək şəxslərə müraciət etdi

DİM magistratura imtahanında iştirak edəcək şəxslərə müraciət etdi

Təhsil

22 Aprel 2024, 11:48

Məlum olduğu kimi, Azərbaycan Respublikasının ali təhsil müəssisələrinin magistraturalarına qəbul imtahanı (II cəhd) 28 aprel 2024-cü il tarixində keçiriləcək.

 

Dövlət İmtahan Mərkəzindən Modern.az-a verilən xəbərə görə, bakalavrlar “İmtahana buraxılış vərəqəsi”ni çap etmək üçün //www.e-gov.az/az/services/read/2516/0?tqdk_xdm=145 linkinə daxil olmalıdırlar.

 

Qeyd edək ki, bakalavrlar imtahana gələrkən özləri ilə şəxsiyyəti təsdiq edən sənədin əsli və “İmtahana buraxılış vərəqəsi”ni mütləq gətirməlidirlər. Göstərilən sənədlərdən hər hansı biri olmazsa və ya sənədlər arasında uyğunsuzluq olarsa, bakalavr imtahana buraxılmır.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Mühüm mövqelər Ordumuzun nəzarətinə keçdi-Ermənistanda şok