Modern.az

İş yerini dəyişmək istəyən müəllimlərin nəzərinə - Vakansiya seçimi mərhələsi başlayır

İş yerini dəyişmək istəyən müəllimlərin nəzərinə - Vakansiya seçimi mərhələsi başlayır

Təhsil

22 Aprel 2024, 17:57

Aprelin 23-də müəllimlərin iş yerinin dəyişdirilməsi müsabiqəsinin növbəti vakansiya seçimi mərhələsinə başlanılacaq.

 

Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyindən Modern.az-a bildirilib ki, qeyd olunan tarixdə keçiriləcək vakansiya seçimində müsabiqə üzrə qeydiyyatdan keçmiş və elektron ərizəsi qəbul olunmuş müəllimlər iştirak edə bilərlər.

 

Vakansiya seçimi üçün elektron sistem aprelin 29-u saat 11:00-dək aktiv olacaq.

 

Xatırladaq ki, aprelin 17-dən 19-dak keçirilmiş vakansiya seçimi mərhələsində 14 nəfər şəhid ailəsinin üzvü olan müəllim iş yerini dəyişdirmək imkanı qazanıb.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
SON DƏQİQƏ-Paşinyan Türkiyə ilə sərhədə getdi