Modern.az

Qəbul imtahanı üçün ən çox hansı qruplarda qeydiyyat var? - Ən son RƏQƏMLƏR

Qəbul imtahanı üçün ən çox hansı qruplarda qeydiyyat var? - Ən son RƏQƏMLƏR

23 Aprel 2024, 09:32

I-IV ixtisas qrupları üzrə qəbul imtahanının 2-ci mərhələsinin 1-ci cəhdində iştirak etmək istəyən abituriyentlər üçün qeydiyyat davam edir.


Modern.az-ın Dövlət İmtahan Mərkəzindən əldə etdiyi məlumata görə, indiyədək 46 mindən çox abituriyent qeydiyyatdan keçib.


Məlumata görə, ən çox qeydiyyat I ixtisas qrupundadır. 15421 nəfər bu qrup üzrə müraciət edib.


II ixtisas qrupu üzrə 14091 nəfər, III qrup üzrə 13634 nəfər, IV qrup üzrə isə 3687 nəfər qeydiyyatdan keçib.

 

Qeydiyyatdan keçənlərin böyük hissəsini - 41017 nəfəri Azərbaycan bölməsi, qalanını rus bölməsi üzrə müraciət edənlər təşkil edir.

 

Qeyd edək ki, qeydiyyat 6 may saat 23:59-da başa çatacaq.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Mühüm mövqelər Ordumuzun nəzarətinə keçdi-Ermənistanda şok