Modern.az

Bu müəllimlər qarışılıqlı razılıq əsasında iş yerlərini dəyişə biləcəklər

Bu müəllimlər qarışılıqlı razılıq əsasında iş yerlərini dəyişə biləcəklər

Təhsil

23 Aprel 2024, 09:24

Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyi tərəfindən ümumi təhsil müəssisələrində müddətsiz müqavilə ilə işləyən müəllimlərin yerdəyişməsi ilə bağlı müvəqqəti qaydalar təsdiq olunub.

 

Nazirlikdən Modern.az-a verilən məlumata görə, qaydalara əsasən, ümumi təhsil müəssisələrində müddətsiz müqavilə ilə işləyən müəllimlərin iş yerinin digər ümumtəhsil müəssisələrinə dəyişdirilməsi (qarışılıqlı razılıq əsasında) prosesi ildə bir dəfə tədris ilinin sonunda təsdiqlənmiş vakansiyalara uyğun olaraq mərkəzləşdirilmiş müsabiqə yolu ilə həyata keçiriləcək.

 

Müəllimlər iş yerini diaqnostik qiymətləndirilmədə və ya işə qəbul üzrə müsabiqədə iştirak etdiyi ixtisas üzrə dəyişmək imkanı əldə edəcəklər.

 

Məlumat üçün bildirək ki, müəllimlərin yerdəyişməsi Naxçıvan Muxtar Respublikasında ilk dəfə olaraq həyata keçiriləcək.

 

Müəllimlərin yerdəyişməsi ilə bağlı qaydalarla buradan tanış ola bilərsiniz.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Mühüm mövqelər Ordumuzun nəzarətinə keçdi-Ermənistanda şok