Modern.az

"İlin gənc müəllimi-2023"- “TOP-50-lik” – SİYAHI

Təhsil

23 Aprel 2024, 14:40

Müəllimlər arasında təşkil olunan "İlin gənc müəllimi-2023" müsabiqəsində “TOP-50-lik” müəyyən edilib.


Modern.az xəbər verir kli, müsabiqə AzEdu.az Təhsil Portalının təşkilatçılığı ilə keçirilir.


Müsabiqənin məqsədi motivasiya dolu həyat hekayələri olan, faydalı işlər görən, şagirdləri ilə ən yaxşı nəticə göstərən orta məktəb müəllimlərini ictimaiyyətə tanıtmaq və mükafatlandırmaqdır.



Layihənin icrası 3 mərhələdə həyata keçirilir: Birinci mərhələdə gənc müəllimlər onlar üçün yaradılan forumu doldurub, özləri haqda ətraflı məlumat qeyd edib, formda tələb olunan bütün bəndləri cavablandırıblar.



İkinci mərhələdə təşkilatçılar tərəfindən müəyyən edilən ekspertlər qrupu qeydiyyatdan keçən müəllimlərin məlumatlarını 100 ballıq şkala ilə qiymətləndirirlər.



Bu il 500-ə yaxın müraciət içərisindən 100 ən yaxşı gənc müəllim seçilib. Növbəti mərhələdə isə 100 müəllimdən ən yaxşı 50 müəllimi ictimaiyyətə təqdim edirik.

 

Qeyd edək ki, onlar arasından yalnız 10 müəllim 3-cü mərhələyə (final mərhələsinə) keçə biləcək.



Ən yaxşı 50 müəllimi təqdim edirik:

 

1. İlahə Hüseynova - Qax rayonu Qaratala kənd tam orta məktəb;
2. Rəşad Hümbətov - Kəlbəcər rayon 28 saylı tam orta məktəb;
3. Vüsal Ramizov - Cəbrayıl rayon Tatar kənd tam orta məktəb;
4. Toğrul Şıxıyev - Şamaxı şəhər 10 saylı tam orta məktəb;
5. Gülnar İbrahimli - Bakı şəhəri, Xətai rayon 17 nömrəli tam orta məktəb;
6. Fatimə Bayramova - Füzuli rayonu 45 nömrəli tam orta məktəb;
7. Günel Hüseynova - İmişli Rayon Oruclu kənd tam orta məktəb;
8. Sevlanə Xalıqova - Ağsu rayon Vahir Məmmədov adına Çiyni kənd tam orta məktəb;
9. Elmira Ağayeva - Bakı şəhəri, Xətai rayonu 17 nömrəli tam orta məktəb;
10. Növrəstə Abuşova - Saatlı rayon Rasim Səfərov adına Qara Nuru kənd tam orta məktəb;
11. Dünya Veysəlova – Lənkəran rayonu Gərmətük qəsəbə tam orta məktəb;
12. Gülçöhrə Xəlilova - Ucar şəhər N.Gəncəvi adına 3 nömrəli tam orta məktəb;
13. Gülnarə Məmmədova - Beyləqan rayon Fazil Miriyev adına Araz qəsəbə tam orta məktəb;
14. Aygün İsmayılova - Şamaxı Avropa liseyi;
15. Pərvanə Qarayeva - Yevlax şəhər 5 saylı tam orta məktəb;
16. Nəcibə Zeynalova - Qusar şəhər Cibir kənd tam orta məktəb;
17. Lətafət Səfərli - İsmayıllı rayonu Zərnava kənd tam orta məktəb;
18. Nazilə Əhmədli - Neftçala şəhər E.Həbibov adına 4 saylı orta məktəb;
19. Elvira Allahverdiyeva - Sabirabad şəhər N.Nərimanov adına 2 saylı beynəlmiləl təbiət və texniki fənlər təmayüllü məktəb-lisey;
20. Elnur İsmayılov - Göygöl şəhər İbrahim Hüseynov adına 1 nömrəli tam orta məktəb;
21. Aişə Tahirli - Ağdaş rayon Pirəzə kənd M. Əliyev adına tam orta məktəb;
22. Könül Tağızadə - Abşeron rayon Mehdiabad 5 nömrəli tam orta məktəb;
23. Rəqsanə Haqverdiyeva – Bakı şəhəri, Binəqədi rayonu E.Sultanov adına 217 nömrəli tam orta məktəb;

24. Məcid Musayev - İsmayıllı rayon İstisu kənd tam orta məktəb;
25. Zamir Dadaşov - Bakı şəhəri E.Sultanov adına 217 saylı tam orta məktəb;
26. Elşən Rəsulov - Neftçala rayonu Bəhruz Həşimov adına Boyat kənd tam orta məktəb;
27. Gülər Qulamova - Sumqayıt şəhər 38 nömrəli tam orta məktəb;
28. Lalə Əfəndizadə - Ağdaş rayon M. Şeyxzadə adına THT təmayüllü Gimnaziya;
29. Tuqay Rzazadə - Bakı şəhəri, Binəqədi rayon 298 nömrəli tam orta məktəb;
30. Səbinə Əsədova - Laçın rayonu P.Məmmədov adına 46 nömrəli tam orta məktəb;
31. Məhərrəm Əliyev - Lerik rayonu Zəfər Səfərov adına Blaband kənd tam orta məktəb;
32. Bəyazid İsazadə - Bakı şəhəri Xətai rayonu İlqar Cəfərov adına 260 nömrəli tam orta məktəb;
33. Rəşadət Abdulov - İsmayıllı şəhər E.Məmmədov adına 3 nömrəli məktəb-lisey;
34. Aysel Babayeva - Bakı şəhəri, “Zəngi” liseyi;
35. Xəzri Muradov - İsmayıllı rayonu Zaman Qarayev adına Qalınçaq kənd tam orta məktəb;
36. Jalə İsrafilli - Göyçay Şəhər R.Rza adına 1 nömrəli tam orta məktəb;
37. Aytən Seyidova - Ucar rayon Qaracallı kənd 2 nömrəli tam orta məktəb;
38. Nuridə Əliyeva - Ucar rayon Yuxarı Şilyan kənd ümumi orta məktəb;
39. Səkinə Zamanova - Şəmkir rayon Yuxarı Caykənd tam orta məktəb;
40. Leyla Rzayeva - Göygöl rayon Köşkü kənd tam orta məktəb.
41. Rəna Allahverdiyeva - Ucar rayonu Qazıqumlaq kənd Heydər Əliyev adına 2 nömrəli tam orta məktəb;
42. Aynur Əliyeva - Göyçay şəhər M.Füzuli adına 6 N-li tam orta məktəb;
43. Gülnisə Əliyeva - Ucar rayon S.Salmanov adına Bağman kənd tam orta məktəb
44. Nigar Şükürova - Bərdə şəhər, Milli Qəhrəman E.Kərimov adına 4 nömrəli tam orta məktəb
45. Şəfa Həsənova - Gədəbəy şəhər İ.Əliyev adına 1 nömrəli tam orta məktəb
46. Natiq Məhəmmədli - Şəmkir şəhər Morul tam orta məktəb;
47. Təranə Nuriyeva - Bakı şəhəri Nəsimi rayonu Y. Mirzəyev adına 44 nömrəli tam orta məktəb
48. Aytac Tapdıqova - Şamaxı rayon E. Rzayev adına Mədrəsə qəsəbə tam orta məktəb;
49. Xədicə Mehdizadə - Bakı şəhəri Xətai rayon, Ə.Əliyev adına 204 nömrəli tam orta məktəb;
50. Reyhan Qurbanova -Bakı şəhəri 314 nömrəli tam orta məktəb;


Qeyd edək ki, siyahıda olan 50 müəllim içərisindən ilk onluq seçiləcək. İlk onluq yalnız onlayn səsvermə yolu ilə deyil, həm də yüksək nüfuza malik elm və təhsil xadimlərindən ibarət komissiya üzvlərinin dəyərləndirməsi əsasında müəyyən ediləcək.

 

Eyni zamanda ilk onluğa vəsiqə qazanan müəllimlərin göndərdikləri video materiallar səsvermədə nəzərə alınacaq. TOP-10-dakı səsvermədə 20 bal onlayn səsvermənin nəticələrinə görə, 80 bal isə təhsil xadimlərinin qiymətləndirilməsinə görə veriləcək.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Dronlar Putinin mülk və sarayı istiqamətində hücuma keçdi