Modern.az

“Magistraturaya qəbulda çox gərgin mübarizə olacaq”- AÇIQLAMA

“Magistraturaya qəbulda çox gərgin mübarizə olacaq”- AÇIQLAMA

Təhsil

29 Aprel 2024, 15:52

Dövlət İmtahan Mərkəzi aprelin 28-də ali təhsil müəssisələrinin magistraturalarına qəbul olmaq istəyənlər üçün imtahanı (ikinci cəhd) keçirib. İmtahanda 19 mindən çox bakalavr qeydiyyatdan keçib.

 

Cavabların 6 həftə ərzində açıqlanacağı gözlənilir. Qeyd edək ki, imtahanda iştirak edən bakalavrlar sualların çətin olmasından şikayətlənib.

 

Təhsil eksperti Elçin Əfəndi Modern.az-a açıqlamasında bildirib ki, magistratura pilləsində bu il rekord  müraciət qeydə alınıb:

 

“Dövlət İmtahan Mərkəzi tərəfindən dünən magistratura pilləsinə qəbulla bağlı ikinci cəhd  imtahanı keçirildi.  Namizədlər bildirilər ki, ikinci cəhd imtahanında  birinci cəhdlə müqayisədə çətin sualların sayı çoxdur. Ümumən, magistratura pilləsində bu il rekord  müraciət qeydə alınıb. 25 mindən çox namizəd müvafiq olaraq müsabiqədə iştirak edir.  Bu namizədlərin içərisində 19 mindən çoxu ikinci cəhd imtahanında iştirak etmişdi. Biz fevral ayında birinci cəhd imtahanı  və dünənki imtahan arasında müqayisə aparsaq, birinci cəhd imtahanının  daha uğurlu olduğunu deyə bilərik".

 

Elçin Əfəndi deyib ki, bu ildən xarici dil üzrə essenin tətbiqi ballara o qədərdə çox ciddi şəkildə təsir etməyib.

 

"Bu isə onu deməyə əsas verir ki, sadəcə ikinci cəhd məntiq  suallarının çətinliyi müəyyən qədər bəzi ixtisaslara təsir göstərə bilər. Keçid balının formalaşmasında ixtisaslarda aşağı enmə ola bilər. Əsasən prestijli, daha çox tələbat olan ixtisaslarda ballar ötən ilki illərdə olduğu kimi yüksək olaraq qalacaq. Prestijli ixtiasalarda belə bir-iki  bal artıq keçid balı formalaşa bilər. Ümumi olaraq onu demək olar ki, bu il magistratura pilləsinə qəbulda çox gərgin mübarizə olacaq. Çünki rəqabət həddindən artıq çoxdur. Təxmin edirik  ki, ayrılan plan yerləri 13 min üzəridir. Bura isə 25 min nəfər qatılıb. Təbii ki, bu ümumi rəqabətin gərgin keçəcəyini bildirir. Rəqabətin, yüksək balların olduğu vəziyyətdə bu  bəzi ixtisaslara təsir edəcək”, - ekspert deyib.

 

Ekspertin fikrincə, məntiq fənnindən sualların bu qədər çətin salınması düzgün deyil. O, bunun səbəbini belə izah edir:

 

“Çünki imtahan verən namizədlər istər şagird, bakalavr dövründə hər biri demək olar ki, məntiq fənni keçdiyi məntiqlə bağlı ümumi biliklər əldə etmələri üçün hansısa bir proqram yoxdur. Yalnız xüsusi proqramlar var ki, orada məntiq fənni tədris olunur. Bakalavrlar məntiq fənnini müəyyən dövr ərzində məhz imtahan vermək üçün hazırlaşırlar.Ona  görə də imtahanda məntiq  suallarının  çətin salınması doğru deyil. İkinci cəhd imtahanında da namizədlərin şikayət  etdiyi məhz məntiq fənnindən çətinlik səviyyəsinin yüksək olması ilə bağlıdır. Ona görə qarşıdakı illərdə keçiriləcək imtahanlarda DİM bu amili nəzərə almalı, məntiq fənni ilə bağlı sualların çətinlik səviyyəsini çoxda yüksək etməməlidir. Nəzərə alınmalıdır ki, bu fənn orta məktəbdə, ali məktəblərin isə bütün ixtisaslarında tədris olunmur”.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Sərhəd pozuldu - Erməni sərhədçiləri Tavuşa yerləşdi