Modern.az

“Mərkəzi Ordu İdman Klubuna əsgər çağırışı bərpa edilib”

“Mərkəzi Ordu İdman Klubuna əsgər çağırışı bərpa edilib”

31 Oktyabr 2013, 18:26


Müdafiə Nazirliyinin Mərkəzi Ordu İdman Klubuna (OİK) əsgər çağırışı bərpa edilib. Modern.az bildirir ki, bu barədə hərbi ekspert, polkovnik –leytenant Üzeyir Cəfərov açıqlama yayıb. Onun sözlərinə görə, bir neçə il əvvəl hərbi çağırışçıların rüşvət vasitəsi ilə OİK-ə qəbuluna dair yayılan məlumatdan sonra eks-müdafiə naziri Səfər Əbiyev kluba əsgər qəbulunu qadağan etmişdi.

“İndi isə Baş Qərargah rəisi Nəcməddin Sadıqov əmr imzalayaraq, hər çağırışdan 80 nəfər çağırışçının ora həqiqi hərbi xidmətə gəlməsini yenidən qanuniləşdirib”- deyə Ü.Cəfərov bildirib.  

Ekspertin sözlərinə görə, OİK-də hər zaman imkanlı şəxslərin övladları müəyyən maraqlar çərçivəsində "xidmət keçiblər". 

Modern.az  
Whatsapp
Bizə yazın!
Keçid et
XƏBƏRDARLIQ: Hər an dəhşətli proses başlaya bilər