Modern.az

Mərhum general Rail Rzayevin qardaşı Müdafiə Nazirliyində rəis vəzifəsinə gətirilib

Mərhum general Rail Rzayevin qardaşı Müdafiə Nazirliyində rəis vəzifəsinə gətirilib

1 Noyabr 2013, 12:12

İki gün bundan öncə Müdafiə Nazirliyində yeni təyinat həyata keçirilib. Modern.az hərbi ekspert Üzeyir Cəfərova istinadən xəbər verir ki, Müdafiə Nazirinin qətlə yetirilmiş sabiq müavini, HHQ və HHM qoşunlarının keçmiş komandanı, mərhum general-leytenant Rail Rzayevin qardaşı polkovnik-leytenant Rəfail Rzayev Müdafiə Nazirliyində rəis vəzifəsinə təyinat alıb. Nəcməddin Sadıqovun təklifi ilə yeni müdafiə naziri Zakir Həsənov onu MN-in Hərbi daşınmalar şöbəsinə (VOSO) rəis vəzifəsinə təyin edib.

Xatırladaq ki, Rail Rzayev qətlə yetirilən günün səhərisi Rəfail Rzayev o vaxtkı Şamaxı Rayon Hərbi komissarı vəzifəsindən azad edilərək ordudan tərxis edilib.

Üzeyir Cəfərov bildirib ki, sabah, noyabrın 2-də Nəcməddin Sadıqovun Azərbaycan Silahlı Qüvvələrinin Baş qərargah rəisi, nazirin birinci müavini kimi vəzifədə olmasının 20 ili tamam olur. Üzeyir Cəfərov nazirlikdə digər təyinatların da olduğunu bildirib.

 

Gültəkin ƏLƏSGƏR  

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi