Modern.az

Bağçadakı rüşvət iddiaları ilə bağlı rəsmi AÇIQLAMA 

Bağçadakı rüşvət iddiaları ilə bağlı rəsmi AÇIQLAMA 

3 May 2024, 20:11

Abşeron rayonunun Xırdalan şəhərində direktorunun müəllimlərdən pul tələb etdiyi iddia olunan uşaq bağçasının fəaliyyəti nəzarətə götürülüb.

 

Modern.az xəbər verir ki, bu barədə Abşeron-Xızı Regional Təhsil İdarəsindən məlumat verilib.

 

Bildirilib ki, Xırdalan şəhəri 17 nömrəli körpələr evi-uşaq bağçasının müdiri Fəranə Məhərrəmovanın sosial şəbəkələrdə yayılmış səs yazısı barədə məlumatlıdırlar:

 

"Hazırda Xırdalan şəhəri 17 nömrəli körpələr evi-uşaq bağçasının fəaliyyəti Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyi tərəfindən nəzarətə götürülüb, araşdırma aparılır. İctimaiyyətə araşdırmanın nəticələri barədə məlumat veriləcək".

 

Xatırladaq ki, F.Məhərrəmovanın sosial şəbəkələrdə yayılmış səs yazısında müəllimlərdən pul tələb etdiyi iddia edilir.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi